rusiya ermenistan 900x551 1

Rusiya Ermənistandan balıq idxalını da dayandırır.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidmətib21–27 may tarixlərində Ermənistanda balıq emalı müəssisələrində yoxlamalar aparıb. Alabalıq yetişdirilən təsərrüfatlara baş çəkib. Yoxlama zamanı istehsalçıların yarısı inspeksiyadan imtina edib. Nəticədə, Rusiyaya balıq ixracına yalnız iki şirkət üçün icazə verilib. Bu da yalnız təhlükəsizlik göstəriciləri üzrə laborator monitorinq şərti ilə mümkündür”, – deyə qeyd edilib.

Beləliklə, 2 iyun 2026-dan etibarən, yalnız yoxlamadan keçmiş iki şirkət istisna olmaqla, Ermənistanın digər şirkətlərinə Rusiyaya canlı balıq və balıq məhsullarının ixracı üçün sertifikat verilməsi dayandırılacaq.

Xatırladaq ki, Rusiya bundan əvvəl də oxşar addım atmışdı. Belə ki, mayın 30-dan etibarən Ermənistandan Rusiyaya meyvə-tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilir.

Həmçinin məhdudiyyətlər erməni güllərinə, “Cermuk” mineral suyuna, həmçinin üç erməni istehsalçısının konyak və şərab məhsullarına da şamil olunur.

Safura Bənnayeva

Paylaş: