Rusiya Mayamidəki görüşlərdən sonra Ukrayna ilə bağlı mövqeyini açıqlayacaq.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə məlumat verib.
Uşakov qeyd edib ki, Kreml ABŞ nümayəndələrindən və ukraynalılardan aldığı siqnalları diqqətlə müzakirə edəcək və nəyin qəbul edilə biləcəyini, nəyin isə qətiyyən qəbul edilməyəcəyini müəyyən edəcək.
O əlavə edib ki, təkliflərin çoxu Rusiya üçün məqbul olmayacaq, çünki Moskva əvvəlki razılaşmalara sadiq qalacaq:
“Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev artıq bəzi məlumatlar verib, lakin bazar ertəsi, 22 dekabrda ABŞ-dan qayıdaraq prezidentə hesabat təqdim edəcək. Bundan sonra Rusiya mövqeyini dəqiqləşdirəcək”.
Tahir Turan
Globalinfo.az