Baş Assambleya Fələstinin BMT-dəki prosedur hüquqlarını genişləndirən qətnaməyə səs verməzdən əvvəl İsrailin daimi nümayəndəsi Gilad Erdan kürsüyə çıxaraq təşkilatın nizamnaməsinə qarşı hörmətsizlik edib.
Globalinfo.az xəbər verir ki, İsrail nümayəndəsinin bu addımına Türkiyə tərəfindən reaksiya verilib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik bildirib ki, İsrail səfirinin BMT kürsüsündəki çıxışı Təl-Əvivin beynəlxalq hüququ tanımadığını göstərir.
“Sevindirici haldır ki, Fələstinin BMT-yə üzvlüyü məsələsinə yenidən Təhlükəsizlik Şurasında baxılıb. Müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Qətnamənin qəbulundan sonra İsrail səfirinin kürsüdə BMT Nizamnaməsi cırması Təl-Əvivin beynəlxalq hüququ tanımadığının göstəricisidir”, – Çelik vurğulayıb.
Qeyd edək ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Baş Assambleyada çıxışı zamanı təşkilatın Nizamnaməsini portativ aparatla doğrayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az