2021 06 15T181658Z 957218402 RC2T0O9H9NRH RTRMADP 3 BELARUS POLITICS MIGRATION pic 32ratio 900x600 900x600 85821

Belarus Xarici İşlər Nazirliyi Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsası nazirliyə çağıraraq ona etiraz edib.

Globalinfo.az xəbər verir ki, buna səbəb 2025-ci il noyabrın 30-da Litva ərazisindən buraxılan  PUA-nın Belarus sərhədini pozması olub.

Nazirliyin açıqlamasında qeyd olunur:

“PUA Belarusun hava məkanına Litvanın Lazdiy rayonundan qanunsuz daxil olub və Qrodno şəhəri ərazisində yerə düşüb”.

Aparılan ekspertiza nəticəsində yəqinləşib ki, Qərbi Avropa istehsalı olan PUA Belarus üzərindən Polşaya uçmalı və sonra Litvadakı buraxılış nöqtəsinə qayıtmalı imiş.

Minsk bu hadisəni yalnız Belarusun deyil, həm də Polşanın əleyhinə yönələn qəsdən törədilmiş təxribat kimi qiymətləndirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: