Yermak zelensk 112

Ukrayna Prezidenti Volodimir Zelenski istefaya göndərilən Andrey Yermakın yerinə altı namizəd nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.

“Ən çox müzakirə olunan dörd namizəd – müdafiə naziri Denis Şmıxal, baş nazirin birinci müavini Mixaylo Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisadır. Adları çəkilməyən iki namizəd də müzakirə edilir.

Zelenski artıq qərar verib ki, Xarici İşlər Nazirliyi və digər qurumların köməyi ilə ofis rəhbəri deyil, xarici əlaqələrlə şəxsən məşğul olmalıdır. Buna uyğun olaraq, daxili siyasət Prezident Aparatının rəhbərinin üzərinə düşür”, – mənbə bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti administrasiyasının keçmiş rəhbəri Andrey Yermak barəsində cinayət işi açılıb. O, 28 noyabrda evində korrupsiya şübhəsi ilə aparılan axtarışlardan sonra istefa verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: