“Junior Eurovision 2025” beynəlxalq müsabiqəsində Ukraynanı Sofiya Nersisyan təmsil edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Müsabiqədə daha bir erməni” başlığı ilə tirajlanan xəbərlərdə bildirilib ki, Nersisyan “Motanka” adlı mahnı ifa edəcək.
“Qalib tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində canlı efirdə seçilib. Tamaşaçılar ona 6, münsiflər heyəti isə 5 xal verib”.
Xatırladaq ki, Anita Abqaryan Gürcüstanı “Junior Eurovision 2025” mahnı müsabiqəsində təmsil edəcək.
Əliyar Xəlil
Globalinfo.az