Bu gün saat 20:30 radələrində zəhərlənmə şübhəsi ilə 3 azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Hazırda hər üç azyaşlının müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
*** 22:07
Tovuzda bir ailənin üç azyaşlı üzvü zəhərlənib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
2021-ci il təvəllüdlü İlqar Hüseynzadə, qardaşı 2022-ci il təvəllüdlü Nihat Hüseynzadə və bacıları 2019-cu il təvəllüdlü Gülnur Hüseynzadə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, uşaqlar nəzarətsiz qalaraq turşu yeyib və ondan zəhərləniblər. Azyaşlıların vəziyyəti orta-ağırdır.
Hadisə ilə bağlı araşdırma başlanılıb.














