87 pic 32ratio 900x600 900x600 61566

Avropa liderləri Ukrayna münaqişəsinin diplomatik yolla həllinin yaxın perspektivdə mümkün olmadığı qənaətindədirlər. Bu səbəbdən onlar ABŞ-ın dəstəyi ilə Ukrayna səmasını bağlamaq üzərində işləyirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, hazırda Amerikanın Ukrayna üçün hava qalxanı ideyası müzakirə olunur. Bu sistem Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək, pilotsuz uçuş aparatlarının və raketlərin ölkə səmasına daxil olmasına mane olacaq.

Qəzet yazır ki, Avropa tərəfi həmçinin dəniz dəstəyi verməyi, hətta bəzi hallarda təyyarədaşıyan gəmilərin bölgədə yerləşdirilməsini də müzakirə edir.

Xatırladaq ki, bundan əvvəl “Military Times” Kiyevin Avropa qoşunlarının Ukraynaya göndərilməsini bahalı və etibarsız zəmanət hesab etdiyini yazmışdı. Məqalədə vurğulanırdı ki, ukraynalılar xarici qüvvələrin münaqişə zamanı birbaşa döyüşə girəcəyinə şübhə edirlər.

Tahir Turan
Globalinfo.az

Paylaş: