2025 02 28T185435Z 1043939786 RC2U3DA3NIZA RTRMADP 3 UKRAINE CRISIS USA pic 32ratio 900x600 900x600 96966

ABŞ vitse-prezidenti J.D. Vens, dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak edəcəklər.

Globalinfo.az xəbər verir ki, ABŞ nümayəndə heyətinə həmçinin Ağ Evin aparat rəhbəri Syuzan Uayls və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxildir.

Ukrayna tərəfdən isə nümayəndə heyətinə prezidentin aparat rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ-dakı səfir Oksana Markarova və xarici işlər nazirinin müavini Serhiy Kislytsya daxildir.

Tahir Turan
Globalinfo.az

Paylaş: