68a2223a40f0168a2223a40f02175545605868a2223a40eff68a2223a40f00

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü S. Mejdinovanı vurub və piyada hadisə yerinə ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Paylaş: