Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da imzalanan üçtərəfli sazişdən danışıb.
Globalinfo.az xəbər verir ki, ABŞ-da imzalanan razılaşmanın Yaxın Şərq regionu, Rusiya və İran üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirən baş nazir anlaşmanın həm İran, həm də Rusiya üçün real faydalar ehtiva etdiyini vurğulayıb.
Onun sözlərinə görə, sənəddə nəzərdə tutulan dəhlizinin açılması sayəsində İran dəmiryolu ilə Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək, eyni zamanda Rusiya ilə İran arasında birbaşa dəmiryolu əlaqəsi qurulacaq.
Paşinyan qeyd edib ki, bu razılaşma yalnız Ermənistan, Azərbaycan və ABŞ üçün deyil, həm də Türkiyə, Rusiya və İran üçün mühüm iqtisadi və siyasi üstünlüklər gətirəcək, beynəlxalq ictimaiyyət üçün isə iqtisadi inkişaf, sabitlik və təhlükəsizlik baxımından önəmli olacaq.
O, sənədin Ermənistanın “Sülh kəsişməsi” konsepsiyası ilə bağlı olduğunu xatırladaraq, məqsədin gərginlik yaratmaq deyil, əməkdaşlıq və dayanıqlı inkişaf olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az