pezeskian

“Sərhədlər qorunsa, Tehran Zəngəzur dəhlizinin əleyhinə deyil“.

Globalinfo.az IRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O qeyd edib ki, İslam Respublikası Zəngəzur dəhlizinin region dövlətlərinin ərazi bütövlüyünü pozmayacağı təqdirdə həyata keçirilməsini dəstəkləyir.

Onun sözlərinə görə, xarici işlər naziri Abbas Əraqçının keçirdiyi görüşlərdə də razılaşdırıldığı kimi Tehranın tələbləri yerinə yetirilib: marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir, Avropa və şimala tranzitə mane olmur.

Eyni zamanda, Pezeşkian Amerika və Ermənistan şirkətlərinin tikintidə iştirakından narahatlığını bildirib.

Paylaş: