iran 0

İsrailin İrana hücumları nəticəsində ümumilikdə 606 nəfər həyatını itirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın “Daneşcu” xəbər agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Məlumat verilib ki, həlak olanların 95%-i dağıntılar altında qalaraq ölüb.

Yerdə qalan 5% isə xəstəxanalarda dünyasını dəyişib.

5332 nəfər isə indiyə qədər müalicə olunub.

Ümumilikdə təhlükədə olan 3 xəstəxana təxliyə olunub.

Paylaş: