Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində “Hunday” markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məmməd oğlu Məcidovu vurub.
Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.














