Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 10-u saat 21:25 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Hacıyev Nihad Səyavuş oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçinib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.