Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenski ilə də danışıqlara hazırdır. Bununla belə, Zelenskinin Ukrayna lideri kimi legitimliyi şübhə altındadır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Putin özü də dəfələrlə bildirib ki, lazım gələrsə, Zelenski ilə danışıqlar aparacaq”, – o bildirib.
Peskov qeyd edib ki, Zelenskinin legitimliyinə dair şübhələri nəzərə alsaq, razılaşmaların hüquqi qeydiyyatı ciddi müzakirəyə məruz qalır.