Türkiyə XİN Pakistana başsağlığı verdi

Türkiyə Pakistanın Hyber Pakhtunktva əyalətinin Bannu rayonunun Cani Khel bölgəsində hərbi konvoyun keçidi zamanı doqquz əsgərin həlak olduğu, beşinin isə yaralandığı hücumu qətiyyətlə pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

“Şəhidlərə Allahdan rəhmət, qardaş Pakistan xalqına və hökumətinə, xüsusilə ölənlərin yaxınlarına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, – bəyanatda deyilir.