Şəmkirdə 39 yaşlı qadına əri tərəfindən xəsarət yetirilib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü A.Babayevanı həyat yoldaşı ailədaxili münasibətlər zəminində döyüb, daha sonra qol nahiyəsindən kəsici alətlə xəsarətlər yetirib.
Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.














