Şmıqaldan inanılmaz: “Qoşunlarımız bura girə bilər”

Şmıqaldan inanılmaz: "Qoşunlarımız bura girə bilər"

Ukrayna ordusu Avropaya yerləşdirilmiş 65 min ABŞ əsgərini əvəz edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal  “Politico” nəşrində dərc olunan məqaləsində yazıb.

O qeyd edib ki, Avropada mümkün Rusiya təhdidi Ukrayna müharibəsindən sonra da bitməyəcək:

“Avropa İttifaqı buna hazır olmalıdır. Real döyüş təcrübəsi olan Ukrayna hərbçilərinin alternativ olması mümkündür. Praktiki nəticələrindən əlavə, qərar ABŞ-la münasibətləri gücləndirə bilər. Çünki Vaşinqton öz ordusunu xaricdə yerləşdirmə ehtiyacını getdikcə daha çox şübhə altına alır”.

Denis Şmıqal Kiyevin de-fakto bütün Avropa müdafiəsinin əsasını təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki,  NATO qüvvələrinin Avropa ordusu ilə əvəzlənməsi fikri zaman-zaman müzakirə edilir.  Lakin həm ABŞ, həm də Şərqi Avropa ölkələri bunun əleyhinə olduqlarını bildirirlər.

Əliyar Xəlil
Globalinfo.az