Putindən Pezeşkiana iki hədiyyə – VİDEO

Putindən Pezeşkiana iki hədiyyə - VİDEO

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana samovar və qışı əks etdirən rəsm hədiyyə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası jurnalist Pavel Zarubinə istinadən məlumat yayıb.

“Cənab prezident, bu, Rusiyanın sizə xatirəsidir. Rusiya qışda belə görünür”, – Putin Pezeşkiana rəsmi göstərərək deyib.

“Bu isə ənənəvi məhsulumuzdur – samovar!” – Putin qeyd edib.

İran prezidenti “samovar”ın ölkəsində yaxşı tanındığını bildirib.

Qeyd edək ki, yanvarın 17-də Kremldə Rusiya və İran prezidentləri arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Əliyar Xəlil
Globalinfo.az