Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, sözügedən əməliyyat nəticəsində İraqın şimalındakı Pençe-Kilit və Metina bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.
Suriyanın şimalındakı Fərat Qalxanı və Sülh Pınarı bölgələrində isə 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Safura Bənnayeva
Globalinfo.az