mi8

Kamçatkada radarlardan itən helikopterin göyərtəsində ümumilikdə 22 nəfər olub.

Globalinfo.az bildirir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.

***11:14

Rusiyanın Kamçatka vilayəti ərazisində Mi-8 helikopteri radarlardan itib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib.

Helikopterdə 3 ekipaj üzvü olub. Onlardan 2-si pilot, biri mühəndis imiş.

Hazırda helikopterin tapılması istiqamətində tədbirlər görülür.

Paylaş: