usaq 2

Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib.

Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.

Azyaşlı xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş: