Tovuzda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan E.Həsənov dünyasını dəyişib.
Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
Tovuzda 5 hərbi qulluqçu olmaqla, 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Globalinfo.az xəbər verir ki, qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.