Rusiya Prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, yeni doktrinaya əsasən, nüvə silahından istifadə qərarı Rusiya Prezidenti tərəfindən verilir.
Məlumata görə, hərbi koalisiya tərkibindən hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə bu koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək.
Qeyd edək ki, 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinə əsasən Azərbaycan da Rusiyanın müttəfiqi hesab olunur. Lakin nüvə doktrinasının Azərbaycanı əhatə edib-etmədiyi bildirilməyib. Əvəzində Rusiya mediası doktrinanın Belarusu nəzərdə tutduğunu yazıb.
Əliyar Xəlil
Globalinfo.az