Ərdoğan yazdı: “Dostum Tramp…”

Ərdoğan yazdı: "Dostum Tramp..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən seçkilərin ilkin nəticəsinə görə qalib gələn Donald Trampı təbrik edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Ərdoğan bu barədə şəxsi X hesabında paylaşım edib.

“Böyük mübarizədən sonra ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.

ABŞ xalqının seçimi ilə başlayacaq bu yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyinə, Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla, regional və qlobal böhranların və müharibələrin sona çatacağına ümid edirik; Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram.

Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq”, – paylaşımda qeyd edilib.