Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə səsvermə başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələri saat 20:00-da bağlanıb və səslərin hesablanması başlayıb.
Yekun seçici fəallığı və seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar oktyabrın 28-də açıqlanacaq.
Seçkilərdə Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyası mübarizə aparıb.
***
Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 71,52 %, yəni 14,2 milyon nəfərdən çox olub.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov brifinqdə bildirib.
Səsvermədə 19 milyon 944 min 859 seçicidən 14 milyon 264 min 994 nəfər və ya ümumi siyahının 71,52 faizi iştirak edib.
***
Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat açıqlayıb.
Belə ki, səsvermədə 19 milyon 944 min 859 seçicidən 12 milyon 504 min 688 nəfər iştirak edib.
***
Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçərək 47,62 %-ə çatıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 %-lik həddi keçib.
Oktyabrın 27-də Özbəkistanda parlamentin aşağı palatası – Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçirilir. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə – majoritar və proporsional sistemlə keçirilir.
150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında aşağı palataya seçiləcək, qalan 75 nəfər isə vahid seçki dairəsi üzrə siyasi partiyalara verilən səslərin sayına proporsional olaraq partiya siyahıları üzrə seçiləcək.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb.
Seçkilərdə 1000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir, onlardan 400-ə yaxını 50 ölkəni, 500-ə yaxını MDB, Türk Dövlətləri Təşkilatı, ŞƏT kimi beynəlxalq təşkilatları, 60 müşahidəçi isə 26 ölkənin seçki komissiyalarını təmsil edir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə 350, MDB dövlətləri isə 167 müşahidəçi göndərib.
***
Özbəkistanda parlamentin qanunvericilik (aşağı) palatasına və yerli xalq deputatları şuralarına seçki keçirilir.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, seçki qabaqcıl demokratik standartlara uyğun təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında təşkil olunub.
Xüsusilə, qanunda göstərilir ki, siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin ən azı 40%-ni qadınlar təşkil etməlidir.
Bundan əlavə, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi əksəriyyətinin səsini almaq kifayətdir. Namizəd seçki dairəsi üzrə digər namizədlərdən daha çox səs topladıqda, seçilmiş sayılır və təkrar səsverməyə ehtiyac yoxdur.
Seçki ilk dəfədir ki, qarışıq seçki sistemindən – majoritar və proporsional sistemlə keçirilir. 150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında, qalan 75-i isə siyasi partiyalara verilən səslərin sayına mütənasib olaraq partiya siyahıları üzrə seçiləcək.
MSK-nın məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb. Yalnız siyasi partiyaların namizəd irəli sürmək hüququ var.
Seçkidə 1 000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir.