Ukraynanın yeni Baş naziri Sergey Koretski Nazirlər Kabinetinə ilk göstərişini açıqlayıb və hökumət üzvləri üçün qısa müddət müəyyənləşdirib.
Globalinfo.az xəbər verir ki, Koretskinin sözlərinə görə, bütün nazirliklər yeddi gün ərzində Hökumətin Fəaliyyət Proqramı və Prioritet Fəaliyyət Planı ilə bağlı təkliflərini təqdim etməlidirlər.
Hazırlanacaq sənədlərin avqustun 5-dək tamamlanaraq Nazirlər Kabinetinin müzakirəsinə çıxarılması planlaşdırılır.
Baş nazir bildirib ki, proqramda konkret məqsədlər, onların icra müddətləri və nəticələrin qiymətləndirilməsi üçün meyarlar öz əksini tapacaq. Bu göstəricilər həm ayrı-ayrı nazirliklərin, həm də bütövlükdə hökumətin fəaliyyətinin qiymətləndirilməsində əsas rol oynayacaq.
Tahir Turan
Globalinfo.az