İranda bu gün səhər saatlarından etibarən uçuşlar bərpa edilib.
Globalinfo.az bildirir ki, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Xatırladaq ki, uçuşlar İsrail tərəfinin İran ərazisindəki bir sıra hədəflərə raket zərbələri səbəbindən yarana biləcək təhlükənin qarşısını almaq üçün dayandırılmışdı.
***09:17
İranda bütün aviareyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.
Globalinfo.az bildirir ki, bu barədə İRNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, uçuşlar bütün istiqamətlər üzrə ləğv edilib.
Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.