fed6a679 3102 3825 b112 ed11850c2717 850

Livanın Hizbullah hərəkatı ilk dəfə İsrailin paytat Təl-Əvivə raket atıb.

Globalinfo.az xəbər verir ki, Hizbullah Mossad kəşfiyyat agentliyinin qərargahını hədəf alan “Qader 1” ballistik raketindən istifadə edib.

“Hizbullah”ın bildirdiyinə görə, Mossad qərargahı hərəkatın liderlərinin öldürülməsinə, peycerlərin və radiolarınpartladılmasına,  Livana endirilən zərbələrə görə hədəfə alınıb.

“Əməliyyat Qəzza zolağında Fələstin xalqına dəstək vermək, eləcə də Livanın müdafiəsi məqsədi ilə həyata keçirilib. Bu misli görünməmiş bir hücumdur. Çünki Hizbullah Təl-Əvivin ətrafında ilk dəfə raket hücumu həyata keçirir”. – deyə məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: