“Erməni diasporunda Baş nazir Nikol Paşinyana qarşı narazılıq artır”.
Globalinfo.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının qanadı sayılan “Hay Data” mərkəzinin nümayəndəsi Kiro Manoyan deyib.
Onun sözlərinə görə, hətta Paşinyanın 6 il əvvəl hakimiyyətə gəlməsindən məmnun olanların belə baş nazir barəsində fikri dəyişib:
“Hazırkı hökumət dəqiq missiya və planla gəlib, onlar bunu addımbaadım gerçəkləşdirirlər. Plan isə Qarabağın itirilməsindən sonra Ermənistanı hansısa qeyri-erməni dövlətinə çevirməkdir. Təbii ki, bütün bunların nəticəsində diasporda narazılıq, məyusluq var. Müəyyən mənada onlar artıq Ermənistandan uzaqlaşıblar”.
Əliyar Xəlil
Globalinfo.az














