Sentyabrın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 17:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.
***
Sentyabrın 2-si saat 14:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.
Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmazda 20 m/s, Naftalan, Altıağacda 18 m/s, Qubada 17 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.