Sərhədimizdəki erməni əsgərlər insidentə qarışdı: yaralı var – FOTO

Sərhədimizdəki erməni əsgərlər insidentə qarışdı: yaralı var - FOTO

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin əsgərləri mülki şəxslərlə insidentə qarışıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı Tavuş rayon sakinləri ilə buradakı hərbi hissənin əsgərləri arasında dava olub. Nəticədə rayonun 19 yaşlı sakini Vigen B. bıçaqlanıb.

Onun dostu, Tavuşdakı N saylı hərbi hissənin əsgəri Suren C. isə qarşı tərəfə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İnsidentdə başqa erməni əsgərlərin də iştirak etdiyi, lakin adlarının açıqlanmadığı qeyd edilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Sərhədimizdəki erməni əsgərlər insidentə qarışdı: yaralı var - FOTO

Safura Bənnayeva
Globalinfo.az