peskov 12

“ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya ilə əlaqə kanallarını saxlamaqla siyasi müdriklik nümayiş etdirir”. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

D.Peskov Trampın hakimiyyətə gəlməsinin heç nəyi dəyişməyəcəyini bildirib:

“Lakin Tramp da rusofobiyadan əziyyət çəkən ABŞ siyasi elitasının bir təmsilçisidir. Biz heç vaxt məsələyə baxanda çəhrayı eynək taxmamışıq”.

Kreml sözçüsü qeyd edib ki, Donald Tramp seçilsə belə sələfinin siyasətini davam etdirəcək.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: