![](https://cdn.globalinfo.az/2024/03/azal-0.jpg)
Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı, Naxçıvan-Gəncə /Gəncə-Naxçıvan sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.
Qərara əsasən, Bakı-Naxçıvan / Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti 70 manat müəyyən edilib.
sərnişindaşıma xidmətinin qiyməti Naxçıvan-Gəncə /Gəncə-Naxçıvan – 60 manat müəyyən edilib.
“Azərbaycan Hava Yolları” QSC-dən bildirilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.
Yeni tənzimləmədə Naxçıvan-Gəncə reysinin də qiyməti dəyişməyib.