WhatsApp Image 2023 12 23 at 22.42.18

“Fənərbağça” bu gün Türkiyə Super Kubokunda “Qalatasaray”la matça U-19 komandası ilə çıxacaq.

Globalinfo.az xəbər verir ki, “Fənər”in meydana 9 futbolçu ilə çıxacağı bildirilir.

İddialara görə, oyun başladıqdan qısa müddət sonra “Fənərbağça”nın futbolçuları meydanı tərk edəcəklər, nəticədə matç ləğv ediləcək.

Klubun son vaxtlar Türkiyə futbolunda baş verən qalmaqallar fonunda bu addımı atdığı vurğulanır.

Paylaş: