Tanınmış məşqçi futbol millimizə gəlir?

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesova Azərbaycan millisinə rəhbərlik etmək təklif olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Təcrübəli çalışdırıcı isə hələ ki rəsmi təklif almadığını deyib.

Qeyd edək ki, Çerçesov 2016-2021-ci illərdə Rusiya millisinin baş məşqçisi olub. Onunla komanda 2018-ci il daxili dünya çempionatının 1/4 finalına yüksəlib.