zaxarova xari bulbul

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər festivalı çərçivəsində ona “Xarıbülbül” döş nişanının hədiyyə edilməsindən danışıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə TASS agentliyinin müxbirinin sualını cavablandırıb.

Zaxarova Qarabağın işğaldan azad olunmasının rəmzi hesab edilən “Xarıbülbül” döş nişanının ona hədiyyə olunması məsələsinin şişirdildiyini deyib:

“Bütün festival iştirakçıları özləri ilə hədiyyələr gətirirlər. Fələstinlilər, argentinalılar, çinlilər və digərləri öz simvolları əks olunan hədiyyələr, suvenirlər bağışlayıblar. Bunları siyasiləşdirmək lazım deyil”.

Paylaş: