z sadigbayli

“Azərbaycan diasporunun Fransadakı nümayəndələrinin şəxsi məlumatları ermənilərin əlinə keçib”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Zaur Sadıqbəyli deyib.

O bildirib ki, ermənilər icma üzvlərinin bu məlumatlarını və protokolun özünü X sosial şəbəkəsində paylaşıblar.

Politoloqun sözlərinə görə, onun ev ünvanı da həmin məlumatlar arasında var:

“Fransada özlərini idarə edə bilməyən fəallar çoxdur. Sənədlərin ələ keçməsi, ünvanımın orada açıq şəkildə qeyd olunması birbaşa mənə, övladlarıma və hazırda mənimlə birgə yaşayan qızıma təklükə yaradır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: