Ermənistan hökumətinin qərarı ilə Armavir (Sərdarabad) icmasının rəhbəri və meri Davit Xudatyan ərazinin qubernatoru təyin olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında qərar verilib.
Bəzi məlumatlara görə, D.Xudatyan Ermənistan Baş naziri Nikol Paşinyanın xaç oğludur.
Xatırladaq ki, bir qədər əvvəl N.Paşinyanın qərarı ilə Armavir vilayətinin rəhbəri Eduard Ovannisyan tutduğu vəzifədən azad edilib. Buna səbəb baş nazirin Araqats kəndinin yeni təmir olunmuş məktəbinin hamamında keyfiyyətsiz duşlar aşkar etməsi olub.
Əliyar Xəlil
Globalinfo.az