Livan İsrailin şimalına bir saat ərzində 100-ə yaxın raket atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Hücumla bağlı bütün Qaliley bölgəsi, Hayfa körfəzi ərazisi və İsrail vadisi də daxil olmaqla, ölkənin şimal hissəsində xəbərdarlıq siqnalları səslənib.
Müşviq Tofiqoğlu
Globalinfo.az