“İrəvan Bakı ilə sadələşdirilmiş gömrük və sərhəd rejimi məsələsini müzakirə etməyə hazırdır, lakin “maneəsiz yol” bura aid deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Asambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.
O bildirib ki, “maneəsiz keçid” anlayışı Ermənistanın “qırmızı xətt”idir:
“Kommunikasiyaların açılması aydın prinsiplər əsasında aparılmalıdır. Burada ölkələrin yurisdiksiyası, suverenliyi, bərabərliyi nəzərə alınmalıdır. Həmçinin gömrük və bütün digər nəzarət mexanizmlərinin təhlükəsizlik baxımından sərhədlərdə fəaliyyət göstərməsi vacibdir.
Müəyyən müasir texnologiyalar prosesi asanlaşdırır. Bunlar müzakirə oluna bilər, lakin sərhəddən maneəsiz keçid Ermənistan üçün məqbul deyil”.
Xandanyan iddia edib ki, guya bu, Ermənistanın suverenliyinin pozulmasıdır.
Ayşən Mustafa
Globalinfo.az