“Sünik ( Zəngəzur) məsələsini tamamilə bağlamağın yeganə yolu BRİKS-in vasitəsi və pulu ilə bu bölgədə böyük iqtisadi və infrastruktur layihələri həyata keçirməkdir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
O, Ermənistan üçün ən doğru çıxış yolunun bu olduğunu deyib:
“Nəzərə almaq lazımdır ki, İran bu ildən BRİKS-in üzvüdür, sədrlik isə Rusiyadadır. İqtidar və müxalifət bu birliyin sərhədimizə çatmasına diqqət çəkmir. Zəngəzur məsələsini tamamilə bağlamaq və Ermənistanın regionda çəkisini artırmaq üçün BRİKS-in vasitəsilə bu bölgədə iqtisadi və infrastruktur layihələri həyata keçirməliyik.
Biz ermənilər yalan danışmaq, baltalamaq, az-az qazanc əldə etmək məzmunlu və özümüzü yaxşı döyüşürmüş kimi göstərən bir sistem formalaşdırmışıq. Bu, dövlət modelimizdir, indi “düşmənlərimiz onu necə məhv edir” deyə düşünürük”.
Ayşən Mustafa
Globalinfo.az