“Siyasi məsələlər dəqiqləşdikdən sonra Yerarşx-Ordubad-Mehri dəmir yolu infrastrukturundakı çatışmazlıqların aradan qaldırılması üçün proses başladılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Mehri yolunun digər tərəflərində olduğu kimi, Yerarşx istiqamətində də 1 kilometrlik ərazidə tikinti işləri görülməlidir. Müəyyən hesablamalarımız var. 2021-ci ildə məsələ ilə bağlı daha detallı araşdırmanın aparılması barədə tapşırıq vermişik”, – Q.Sanosyan bildirib.
Əliyar Xəlil
Globalinfo.az