Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən deputat vəfat edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca Kocaelinin deputatı Hasan Bitmezin vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, Hasan Bitmez dekabrın 12-də parlamentdə çıxışı zamanı huşunu itirərək yıxılıb. O, daha sonra xəstəxanaya yerləşdirilmişdi.