Erməni terrorçu Vitali Balasanyanın Ermənistanın Milli Təhlükəsizlik Xidmətində dindirilməsi ilə bağlı təfərrüatlar üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, Balasanyan keçmiş separatçı-terrorçu birləşmələrin ehtiyat qüvvələrinin polkovniki Norayr Aslanyana qarşı cinayət işi üzrə dindirilib.
Qeyd edək ki, Aslanyan separatçılar arasında odlu silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur.
Ayşən Mustafa
Globalinfo.az