Balasanyanın görüntüləri yayıldı: “Laçın” postunda azərbaycanca danışır?.. – VİDEO

Qarabağdakı erməni terrorçularından Vitali Balasanyanın Azərbaycan dilində danışdığı görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, ermənilər videonun yaxın günlərdə “Laçın” postunda çəkildiyini desələr də, havaya əsasən görüntülərin daha əvvələ aid olduğunu qeyd edənlər də var.

Videoda Balasanyanın kimliyi bilinməyən şəxslə müzakirə apardığı görünür.

Qeyd edək ki, hər iki Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş 300-ə yaxın erməni terrorçusu axtarışa verilib. Onlardan bəziləri həbs edilərək Bakıya gətirilib. V.Balasanyanın da hazırda Qarabağda gizləndiyi və qaçmağa çalışdığı deyilir.

Ayşən Mustafa
Globalinfo.az