
Artıq 3 gündür ki, İrəvanın mərkəzi küçələrində baş nazir Nikol Paşinyana qarşı aksiyalar keçirilir.
Globalinfo.az xəbər verir ki, etirazçılar paytaxtın mərkəzi yollarını bağlayıb, avtomobilləri hədəf alıblar.
Onlar maşınlara hücum edir, şüşələrini sındırırlar.
Saat 18:00-da “Respublika” meydanında daha böyük aksiyanın keçiriləcəyi bildirilir.