
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Hadja Lahbib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bunu C.Bayramov avqustun 24-də Bakıda H.Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.
C.Bayramov Zəngəzur dəhlizinin də Şərq qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.
C.Bayramov söyləyib ki, görüş zamanı Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Azərbaycanla Avropa İtitfaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirin sözlərinə görə, Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir: “2022-ci ildə iki ölkə arasında ticarət dövriyəsi 80 milyon dollar olub. Belçikada Azərbaycana 120 milyon, Azərbaycandan Belçikada 250 milyon dollar invesitisiya qoyulub”.
Qeyd edək ki, hazırda Xarici İşlər Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının və Belçika Krallığının xarici işlər nazirlərinin iştirakı ilə mətbuat üçün brifinq keçirilir.
Brifinqdə Ceyhun Bayramov və Hadija Labib iştirak edirlər.
Globalinfo.az Baku TV-yə istinadən brifinqi təqdim edir: