Tərtərdə yol qəzası olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında olan betona vurub.
Faktla bağlı Tərtər RPŞ-nin istintaq qrupunda Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.